azia.az
azia.az

Xətai icra şöbəsinin müdiri Vüqar Qasımov məhkəmə qərarını icra etmir - Qardaşının işlərini ört basdır edir? - İDDİA

24-10-2021, 22:17


Teref.az olaraq poçtumuza daxil olan Qarabağ qazisinin məktubunu oxuculara təqdim edirik. Məktubda müəllif mediaya informasiya dəstəyi üçün təşəkkür edərək yazır:
Xətai icra şöbəsinin müdiri Vüqar Qasımov məhkəmə qərarını icra etmir - Qardaşının işlərini ört basdır edir? - İDDİA
Qarabağ qazisindən informasiya dəstəyinə görə mediaya təşəkkür

Baş prokurorluğun Korrupsiyaya qarşı mübarizə idarəsi qazinin şikayətini qəbul edib

Dünən -21.10.2021-ci ildə 161 “qaynar xətti”nə və 961 “Çağrı mərkəzi”nə bütün gün ərzində etdiyim zənglərin qəbul edilməməsindən, hələ üstəlik susqunluq “danışığına” 0.72 manat və bir neçə manat silinməsindən şikayətimi anında işıqlandıran “Hürriyyət media qurumuna və eləcə də digərlərinə təşəkkür edirəm. Bu gün Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsindən zəng edib, şikayətimlə bağlı idarəyə çağırılmışam. Eyni zamanda, yenidən 161 “qaynar xətti” ilə bağlantı qurub, borclular Əmlak Məsələləri Dövlət Komitəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Nizami RİH- in, Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələrinin məsul işçilərinin mütəşəkkil dəstə şəklində məhkəmə qərarı ilə mənə verilən Bəhruz Nuriyev -10a ünvanındakı otaqları başqa şəxsə satmalarından, əmlakımdan, sahibkarlıq hüququmdan məhrum edilməyimdən şikayət etdim. Vəzifə səlahiyyətlərindən sui-istifadənin dərəcəsinə baxın : 1-ci dərəcəli Qarabağ qazisinin xeyrinə 2 məhkəmə qətnaməsi olduğu halda, Nizami RİH və ƏMDK qaziyə verilən otaqları məhkəmə qərarından 2 il sonra 14 yaşlı uşağın adına özəlləşdirib satıblar . Hazırda Cəlilabadda başçılıq edən keçmiş ƏMDK müavini Rafiq Cəlilovun saxta şəhadətnaməsini, bilirsiniz kim möhürü ilə təsdiq edib? İnanmaq çətindir, amma bunu Nizami “JEK”inin keçmiş sədri H. Sadıxov doğrulayıb. Prokurorluq isə bunun korrupsiya faktı olmadığını bildirir(di). Əlbəttə, Nizami RİH -in keçmiş başçısı Arif Qasımov ilə Xətai icra şöbəsinin müdiri Vüqar Qasımovun qardaş olması məhkəmə qərarının icra olunmamasına əsas səbəblərdəndir. Yəqin , keçmiş başçı satdığı özgə əmlakının pulunu qaytara bilmir. Ona görə, otaqların zəbt edilməsi baş verib. Onu da vurğulayım ki, bütün icra hakimiyyətlərində olduğu kimi, Nizami RİH də özbaşınalığını, əmlak alverini, sərəncam biznesini “JEK”-in adından gerçəkləşdirir.

Nə isə, çox uzatmayaq. Gerçək media qurumu kimi, insanların hüquqlarının qorunmasında göstərdiyi dəstəyə görə, doğma -dost media qurumlarına təşəkkürümü bildirirəm.

Məğrur Bədəlsoy
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi