İran iki həftəyə nüvə silahı yarada bilər - İran rəsmisi
İran iki həftə ərzində nüvə silahı yarada bilər, amma ali dini lider Ayətullah Əli Xameneinin fətvası bunu qadağan edir.
Modern.az İranın "Khabar Fouri" nəşrinə istinadən xəbər verir ki, bunu Ayətullahın müşaviri Cavad Laricani deyib.
Onun sözlərinə görə, müdafiə və texnoloji imkanların inkişafı İranın strateji prioriteti olaraq qalır.
"Əgər müharibə başlasa, bu barbarlıqla olmayacaq, hər iki tərəfin sərhədləri var. Həzrətin fətvasının (nüvə silahının yaradılmasının qadağan edilməsi haqqında) bir çox əsası var və şiə qanununda uzun bir tarixə malikdir. Ölkə iki həftədən az müddətdə atom bombası əldə edə bilər, amma biz dinimizə sadiqik", - o əlavə edib.