azia.az
azia.az

Alimlər beyinə ən çox zərər verən qidalarla bağlı araşdırma aparıb

Bu gün, 16:38

ABŞ-nin Virciniya Texnologiya Universitetinin alimləri beyin sağlamlığı üçün ən çox zərərli qida növlərini müəyyən ediblər.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, emal olunmuş ətlər və şəkərli içkilər siyahıda birinci yerdədir.

Elm adamları bu iki qida məhsullarını çox istehlak edən insanlarda demans və Alzheimer kimi koqnitiv pozğunluqların inkişaf riskinin əhəmiyyətli dərəcədə artdığını aşkar edib.

Belə ki, 2014-2020-ci illər arasında aparılan araşdırmada 55 və daha yuxarı yaşda olan 4750 ABŞ iştirakçısı araşdırılıb. Onlar iki ildən bir koqnitiv testlərdən keçirilib.

Ümumilikdə 1363 nəfər koqnitiv pozğunluq müşahidə edilib.

Hər gün əlavə bir porsiya emal eidlmiş ət istehlak edənlərdə risk 17 faiz artıb.

Hər gün əlavə bir porsiya şəkərli içkilər (kola, buzlu çay, meyvə ətirli içkilər və s.) istehlak edənlərdə üçün risk 6 faiz təşkil edib.

Tədqiqatçılar vurğulayır bundan xilas olmağın ən faydalı yolu evdə yemək vərdişlərini artırmaqdır.

Şəbnəm Mehdizadə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi