azia.az
azia.az

Qaradağın deputatı icra hakimiyyətindəki həbslərdən DANIŞDI

Dünən, 20:15

Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. İcra başçısının müavini Nadir Muradov, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev və Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq şöbəsində rəhbər vəzifə tutan Zülfüqar Mansurov barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlara qarşı rüşvət alma (Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri) üzrə ittiham irəli sürülüb.

Əməliyyat zamanı daha bir neçə şəxs də saxlanılıb. Onlardan bəziləri barəsində həbslə bağlı olmayan qətimkan tədbirləri tətbiq edilib.

Hazırda istintaq davam edir, vəzifəli şəxslərin dindirildiyi bildirilir və yaxın günlərdə yeni saxlanılmaların ola biləcəyi istisna edilmir.

Modern.az həbslərlə əlaqədar Qaradağın deputatı ilə əlaqə saxlayıb.

O, hadisələrdən təəssüf keçirdiyini bildirib.

"Mən 1988-ci ildən Qaradağ rayonunda fəaliyyət göstərirəm. Həm rayon əhalisi ilə kifayət qədər münasibətlərimiz var, həm də icra strukturları ilə əlaqələrimiz idarəçilik prinsiplərinə əsaslanır. O ki qaldı, seçicilərin müraciətlərinə onların çoxsəpkili müraciətləri bizə daxil olur. Məsuliyyətə cəlb olunduqları məsələlərlə bağlı şikayətlər isə hüquq-mühafizə orqanlarına aiddir və görünür ki, ora müraciət olunub. Çox güman ki, bu məsələ də həllini hüquqi müstəvidə tapacaq. 

Mən həmin rayonun deputatıyam və uzun müddətdir ki, orada yaşayıram. Digər deputat həmkarlarım kimi biz də rayonda fəaliyyətimizi qurmuşuq. Bu prosesləri qeybət səviyyəsinə endirib hər hansı kiçik spekulyasiyasını aparmaq istəmirəm. Açığı, təəssüf hissi keçirirəm ki, uzun müddət fəaliyyət göstərdiyim, təmsil etdiyim rayonda belə bir hadisə baş verib”, – deyə Aydın Hüseynov qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi