azia.az
azia.az

Elm və Təhsil Nazirliyində YOXLAMALAR BAŞLADI

Bu gün, 16:30

Hesablama Palatası Elm və Təhsil Nazirliyində audit keçirir.

Azia.az  APA-ya istinadən xəbər verir ki, Hesablama Palatası 2025-ci ilin İş Planına əsasən Elm və Təhsil Nazirliyində audit həyata keçirir. Audit Nazirliyin fəaliyyətində təhsil sisteminin informasiyalaşdırılması proseslərinin səmərəliliyi və nəticəliliyinin qiymətləndirilməsini əhatə edir. Bununla yanaşı, qurum Nazirliyin tabeliyində fəaliyyət göstərən “Təhsil Respublika İdman Mərkəzi” publik hüquqi şəxsdə də nəzarət tədbiri həyata keçirir.

Palatadan əlavə edilib ki, hər iki istiqamət üzrə audit prosesi hazırda davam edir. 

Nazirlikdən Manset.az-a bildirilib ki,  aparılan audit tədbirləri davamlı prosesdir. Elm və Təhsil Nazirliyində hər il belə nəzarət tədbirləri həyata keçirilir. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi