azia.az
azia.az

İrəvanda böyük gözlənti: Əliyev və Ərdoğan 18 il öncəki tarixi addımı təkrarlayacaq?

Dünən, 19:52

“Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin İrəvanda keçirilməsi planlaşdırılan növbəti foruma gəlməyəcəklər”.

Referans Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni siyasi şərhçi Qarik Keryan deyib.

O, bu vəziyyəti “pis hal” adlandırıb:

“Dövlət başçılarının bu forumuna gəlməklə, xalqlar arasında düşmənçiliyin buzunu sındırmaq mümkün olardı. Bu, həm də sübut edərdi ki, avqustun 8-də Vaşinqtonda keçirilən görüş və imzalanmış sənədlər real dəyərə malikdir. Hər iki liderin şəxsi təhlükəsizlik baxımından narahatlıqları olmamalıdır. Çünki Ermənistan hakimiyyəti bu məsələdə hər şeyi yüksək səviyyədə təşkil edərdi, buna heç bir şübhəm yoxdur”.

Siyasi şərhçi sabiq Türkiyə Prezidenti Abdullah Gülün Ermənistana səfərini xatırladıb:

“O zaman heç bir problem yaranmamışdı. Həmin dövrdə cəmiyyətlər bir daha münasibətlərin istiləşdiyinə ümid edirdilər.  2009-cu ildə Sürixdə imzalanmış Ermənistan–Türkiyə protokolları artıq qüvvədə idi. Amma sonrakı hadisələr gözlənildiyi kimi nəticələnmədi.
Bütün bunlara baxmayaraq, A.Gül həqiqətən cəsarətli və müsbət addım atmışdı. Serj Sərkisyan da cavab səfəri həyata keçirdi. Yəni bəzən dövlət başçılarının şəxsi əlaqələri və qarşılıqlı hörməti dövlətlərarası münasibətlərin tənzimlənməsi, münaqişələrin həlli və böhranların aradan qaldırılmasında həlledici rol oynaya bilər”.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin (EPC) sammitinin 2026-cı il mayın 4-də İrəvanda keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Abdullah Gül 2008-ci ilin 6 sentyabrında Türkiyə prezidenti olaraq Ermənistana ilk dəfə səfər etmişdi.  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi