azia.az
azia.az

Mərkəzi Elmi Kitabxanaya AMEA Naxçıvan Bölməsindən yeni ədəbiyyatlar daxil olub

3-03-2022, 22:58

Mərkəzi Elmi Kitabxanaya AMEA Naxçıvan Bölməsindən yeni ədəbiyyatlar daxil olub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsindən Mərkəzi Elmi Kitabxanaya (MEK) yeni nəşrlər daxil olub.
Nəşrlər sırasında “Naxçıvan Muxtar Respublikasının Aqrar İnkişafı. Statistik göstəricilərdə və rəsmi sənədlərdə (Elçin Əliyev)”, “Naxçıvanın halay və yallıları: tarixi, mənşəyi və fəlsəfi anlamı”, “Naxçıvan Muxtar Respublikasının Yeraltı Su Ehtiyatları (F.S.Məmmədova, Ə.D.Abbasov, G.S.Hacıyeva)”, ““Şərq qapısı” qazetinin nəşri tarixi və inkişaf yolu”, “Ordubad Bölgəsinin Epiqrafik Abidələri (Hacıfəxrəddin Səfərli)”, “Naxçıvan (dörd fəsil)” və digərləri yer alır.
Elmin müxtəlif sahələrini əhatə edən bu kitabların əsas hissəsində Naxçıvan Muxtar Respublikasının coğrafi və tarixi inkişafından, burada aparılan genişmiqyaslı quruculuq tədbirlərindən, dövlət tərəfindən düzgün şəkildə aparılan inkişaf strategiyası nəticəsində insanların həyat tərzinin yaxşılaşmasından bəhs olunur.
Qeyd edək ki, sözügedən nəşrlər MEK-də mövcud olan AMEA Naxçıvan Bölməsinin kolleksiyasına əlavə olunub.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi



Mərkəzi Elmi Kitabxanaya AMEA Naxçıvan Bölməsindən yeni ədəbiyyatlar daxil olub
Mərkəzi Elmi Kitabxanaya AMEA Naxçıvan Bölməsindən yeni ədəbiyyatlar daxil olub


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi