azia.az
azia.az

Ayaz Əsgərov DÖVLƏTİN MALINI SATIR... - NARAZILIQ VAR!

3-03-2022, 11:45

Ayaz Əsgərov DÖVLƏTİN MALINI SATIR... - NARAZILIQ VAR!
Yardımlının icra başçısı Ayaz Əsgərovun xüsusi tapşırığı ilə şəhər mərkəzindəki 0,60 hektar ərazini əhatə edən yaşıllıq ərazi - park satılıb. Bir neçə gündür başlayan proses nəticəsində bağdakı ağaclar da traktor və digər kəsici texnikaların köməyilə məhv edilərək yaşıllıq ərazi məhv edilib.Bu barədə rayon saytımıza rayon sakinləri məlumat verib.

Narazı sakinlərin sözlərinə görə, Ayaz Əsgərov rayonda torpaqları sata-sata indi də bir neçə il əvvəl İmadəddin Nəsiminin 650 illiyilə əlaqədar olaraq Heydər Əliyev fondu tərəfindən salınmış yaşıllıq zonasına göz dikmək kimi özbaşınalığa da imza atıb. Başçının maddi maraqları hesabına dağıdılan və satılan bağda ümumilikdə 600 dən artıq ağac mövcud olub, ağacların da əksəriyyəti meyvə ağacları olub. Yaxın vaxtlarda yaşıllıq ərazinin istirahət parkı kimi inşaası da nəzərdə tutulubmuş. Yaşıllıq ərazinin Yardımlı rayonunun mərkəzi prospektində, Polis şöbəsinin yaxınlığında yerləşir ki, bu da görünür, ərazinin satılması-alınmasına marağı artırıb.
Ayaz Əsgərov DÖVLƏTİN MALINI SATIR... - NARAZILIQ VAR!
İnanırıq ki, icra başçısının adı hallanan "yaşıl soyqırım" əməliyyatına Ekologiya nazirliyi susmayacaq. Eləcə də dövlət mülkiyyətində olan və Heydər Əliyev fondunun 2018-19-cu illərdə saldırdığı yaşıllıq ərazinin indi hansı zərurətə görə, kimə və neçəyə hansı yolla satılmasına İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti aydınlıq gətirəcək...

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi