azia.az
azia.az

"İcra başçısı dedi ki, dua edin, yağış yağsın" (FOTOLAR)

18-02-2022, 19:38

"İcra başçısı dedi ki, dua edin, yağış yağsın" (FOTOLAR)
Ucar rayonunda Alpout kəndində yenidən su problemi yaranıb.

Azia.az musavat.com-a isinadən xəbər verir ki, rayonun Alpout kəndi artıq beş ildən çoxdur ki, susuz qalıb.

Alpout kəndi rayon mərkəzindən 3-4 kilometr məsafədə yerləşsə də, kanalın suyu həmin əraziyə qədər gedib çatmır.

Sakinlərin sözlərinə görə, kənddə suvarma (təsərrüfat) suyu ilə yanaşı, içməli su problemi də yaranıb.

Kənd sakinlərindən biri bunları deyib: “Kəndin su arxı kənd sakinlərinin hesabına qazılıb və cəmi 50 faiz sakin bu sudan istifadə edə bilir. Yerdə qalan 50 faiz isə 5 ildən çoxdur ki, bu sudan istifadə edə bilmir. Qonşu kəndlər ilə müqayisədə Alpout kəndi susuzluqdan çox əziyyət çəkir. Bu gün Ucar rayonunun icra hakimiyyətinin başçısı ilə görüşmək istədik. Başçının qəbuluna getdik. İcra başçısı bizə “Allaha dua edin ki yağış yağsın, sizə də su gəlsin” deyərək yola saldı”.

"İcra başçısı dedi ki, dua edin, yağış yağsın" (FOTOLAR)
"İcra başçısı dedi ki, dua edin, yağış yağsın" (FOTOLAR)
"İcra başçısı dedi ki, dua edin, yağış yağsın" (FOTOLAR)
"İcra başçısı dedi ki, dua edin, yağış yağsın" (FOTOLAR)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi