azia.az
azia.az

Prezidentin təyin etdiyi yeni icra başçıları kimdir? - DOSYE

18-02-2022, 12:09

Prezidentin təyin etdiyi yeni icra başçıları kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Nərimanov, Nizami və Kürdəmir rayonlarına yeni icra başçısı təyin edilib.

Valyuta.az yeni icra başçıları ilə bağlı məlumatları təqdim edir:

Nərimanov Rayon İcra Hakimiyyətinin yeni icra başçsı Elgin Həbibullayev Şirin oğlu - 2018-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinə yeni Aparat rəhbəri təyin edilib. Bu vəzifəyə qədər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının köməkçisi, 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinə başçının köməkçi, sonra isə müavini olub.

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin yeni icra başçısı Coşqun Adil oğlu Cəbrayılov - Bu vəzifəyə qədər Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri olub. Ondan əvvəl isə Bakı meri Eldar Əzizovun köməkçisi kimi fəaliyyət göstərib. Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. Daha əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətində də bu vəzifəni icra edib.

Kürdəmir Rayon İcra Hakimiyyətinin yeni başçısı Elxan Oqtay oğlu İbrahimov - Bu vəzifəsindən əvvəl Şamaxı rayon İcra başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub. Azərbaycan Kooperasiya Universitetində təhsil alan Elxan İbrahimov sonradan təhsilini İsveçin Stokholm İqtisadiyyat Məktəbində davam etdirib, rus və ingilis dillərində sərbəst danışır. Əvvəllər ölkəmizdə bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələrdə çalışıb. Ailəlidir, 3 övladı var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi