“Şəhid və qazi ailələrinin problemlərinə dəstək” layihəsi həyata keçirilir
Xəbər verdiyimiz kimi, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin fəalları Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid və qazi ailələrinin problemlərinə dəstək” layihəsi çərçivəsində Cəlilabad rayonunda olub.
Layihənin rəhbəri Faiq Səfərov (Faiq Balabəyli) rayon İcra Hakimiyyəti Başçısının müavinləri Qalib Xudaverdiyev və Elnarə xanım Həsənova, eləcə də Cəlilabad rayon Hərbi Səfərbərlik İdarəsinin rəisi, polkovnik-leytenant Vüsal Həsənovla görüşüb.
Faiq Balabəyli layihənin əsas predmetləri ilə onları tanış edib. Qərara alınıb ki, rayonun Sabirabad kəndindən döyüşlərdə iştirak edən insanların ailələri ilə görüşlər təşkil edilsin, onların övladlarının hüquqi və psixoloji reabilitasiyası istiqamətində danışıqlar aparılsın, mütəxəssis dinləmələri həyata keçirilsin, eləcə də yeniyetmələrdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində onlara şəhidlər və qazilərin döyüş yollarından, qəhrəmanlıqlarından bəhs olunsun.
Eyni zamanda Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, torpaqlarımızın müqəddəsliyi, süverenliyi uğrunda gedən döyüşlərdə Sabirabad kəndindən şəhid olan igidlər və qazilər, kəndin Böyük Vətən müharibəsində iştirak edən qəhrəman övladları və Sovet Ordusu sıralarında Əfqanıstanda beynəlmiləlçilik borcunu yerinə yetirən oğulları haqqında kitab yazılacağı, layihənin gerçəkləşməsində görüləcək işlər rayon rəhbərliyinin nəzərinə çatdırılıb.
DSD İB nin sədr müavini,
layihənin icrasında mətbuat üzrə əlaqələndirici