azia.az
azia.az

Vilayət Eyvazovdan YENİ TƏYİNAT

9-02-2022, 15:16

Vilayət Eyvazovdan YENİ TƏYİNAT
Ağdaş rayonuna yeni polis rəisi təyin olunub.

Azia.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb

Əmrə əsasən, Binəqədi rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Həsənalıyev Vəfalı Həsən oğlu tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə o, Ağdaş rayon Polis Şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, Ağdaş rayon Polis Şöbəsinin sabiq rəisi polis polkovniki Rasim Mustafayev idi. O, bir müddət öncə vəzifəsindən azad olunaraq Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Onu da qeyd edək ki, Rasim Mustafayev Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin qardaşıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi