Bu gənc məmur istefa verdi
“Hörmətli dostlar və əziz həmkarlarım, Bu gün 15 illik mədəniyyət sahəsindəki fəaliyyətimi bitirmək qərarını verdim. Məsləhətçi vəzifəsindən başlayaraq mərhələlərlə əvvəlcə Mədəniyyət və Turizm, sonralar Mədəniyyət Nazirliyinin fərqli şöbələrində müxtəlif vəzifələrdə çalışaraq Baki Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsinə kimi yüksəldilmişəm. Bu illər ərzində hər bir hədəfi vicdanla, qürur hissi ilə və sevə-sevə həyata keçirməkdən məmnuniyyət duymuşam. Ümumiyyətlə mədəniyyət sahəsinin kiçik bir parçası olmaq mənim üçün böyük şərəfdir! Bu uzun və maraqlı yolda məni dəstəkliyən hər bir kəsə, ələxsus mənə dövlətə qulluq etməyi öyrədənlərə hədsiz minnətdarlığımı bildirirəm”.
Vətəninfo.az xəbər verir ki,bu gün Baki Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsinəndən istefa verən Cəlil Məlikov yaydığı bəyanayda deyilir.
Cəlil Məlikov bildirib ki,bu 15 ildə,daha yaxşı necə edə bilərəm- düşüncəsindən qaçmayıb, Bu dövrdə cənab Prezidentimiz tərəfindən “Tərəqqi” medalı və Mədəniyyət və Turizm Nazirliyinin “ Fəxri turizm işçisi” döş nişanına layiq görülüb, bunu ömrümün sonuna kimi ona verilmiş bir avans hesab edir:”Azərbaycan Respublikasi Mədədniyyət Nazirliyi rəhbərliyinin mənə görsətdiyi etimada görə minnətdarlığımı bildirirəm. Son üç ildə rəhbərlik etdiyim Baki Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivinə ayrica təşəkkürümü ifadə etmək istərdim. Siz-hər biriniz dövlətçiliyimizə və yüksək mütəxəssisləri olduğunuz sahənizə xidmətinizlə əvəzsiz tövhə verirsiniz. Əminəm ki, bundan sonra da bacarığınızı əsirgəməyərək yeni həvəslə mədəniyyətimizin inkişafı uğrunda çalışacaqsınız. Mən isə öz növbəmdə qarşımda qoyduğum yeni çağırış və hədəflərə çatmaq üçün durmadan çalişmaga davam edəcəyəm”.