azia.az
azia.az

Bakıda məşhur cərrah Vilayət Eyvazova müraciət etdi

1-02-2022, 18:23

 Bakıda məşhur cərrah Vilayət Eyvazova müraciət etdi
Bakıda həkim işləyən Sənan Mehdiyev vaxtilə çalışdığı klinikadan ona məxsus 12 min dollar dəyərində avadanlığın oğurlandığını, 3 il keçməsinə baxmayaraq hələ də hadisəni törədənlərin tapılmadığını deyir.

Azia.az xəbər verir ki,“Qafqazinfo”ya müraciət edən S.Mehdiyev bildirib ki, hadisə 2019-cu ilin avqustunda Yasamal rayonunda baş verib. Yaşayış binasının aşağı mərtəbəsində yerləşən klinikada həkimin öz vəsaiti hesabına aldığı kombi və generator oğurlanıb.

O, polisə dəfələrlə müraciət etdiyini, lakin araşdırmanın gedişatından narazı olduğunu bildirib:

“Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Həsənbəy Şərifov tərəfindən cinayət işi başlandı. Binanın komendantı Eldəniz adlı şəxs avadanlıqları başqa şəxslərlə birlikdə kran vasitəsilə yük avtomobilinə yükləyib xatırlamadığı şəxslərə satıb. Hətta həmin avadanlıqları aparmağa gələndə həyət qapısında gözətçi işləyən şəxs kranı və yük avtomobilini içəri buraxmaq istəməsə də, Eldəniz ona guya bu məsələdən mənim xəbərimin olduğunu deyib və onları həyətə buraxdırıb”.


“Mallarımı oğurlayan şəxslər ortada olsa da, onların cinayət məsuliyyətinə cəlb edilməsi və mənə dəyən zərərin ödənilməsi üçün heç bir tədbir görülmür. Şikayət etməyimə baxmayaraq, işimə ədalətlə baxılmır və cinayətin açılması üçün tədbirlər görülmür. Dəfələrlə araşdırma aparan müstəntiq dəyişilib. Hər yeni gələn müstəntiq cinayət işindən məlumatı olmadığını əsas gətirərək süründürməçiliyə səbəb olur. Hətta uzun müddət cinayət işinin itirildiyini, guya tapa bilmədiklərini belə deyiblər”.

Qeyd edək ki, tanınmış cərrah mətbuat vasitəsi ilə ölkə rəhbərinə və Daxili işlər nazirinə müraciət edib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinə sorğu ünvanladıq. Nazirlikdən “Qafqazinfo”ya cavab olaraq bildirilib ki, həmin işlə bağlı istintaq əməliyyat tədbirləri davam etdirilir: “Zərərçəkənin şikayəti üzrə cinayət işi başlanılıb. Müvafiq istintaq tədbirləri həyata keçirilib. Zərərçəkənin və şübhəli şəxslərin, şahid qismində tanınan şəxslərin izahatları alınıb. Lakin şübhəli şəxslərin cinayət əməlini törətdiyi sübuta yetirilməyib. Hazırda qeyri-aşkar şəraitdə baş verən cinayətin açılması istiqamətində istintaq əməliyyat tədbirləri davam etdirilir”.

 Bakıda məşhur cərrah Vilayət Eyvazova müraciət etdi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi