azia.az
azia.az

Xaricdə vəfat etmiş Azərbaycan vətəndaşının ölümünün qeydə alınması proseduru təsdiqlənib

31-01-2022, 18:51

Xaricdə vəfat etmiş Azərbaycan vətəndaşının ölümünün qeydə alınması proseduru təsdiqlənib
Azərbaycandan xaricdə vəfat etmiş ölkə vətəndaşının ölümünün qeydə alınmasına dair yeni prosedur müəyyənləşib.

"Margin.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunda öz əksini tapıb.

Dəyişiklik layihəsinə əsasən, xaricdə vəfat etmiş Azərbaycan vətəndaşının ölümünün qeydə alınmasına dair prosedur müəyyənləşib. Belə ki, Ailə Məcəlləsinə 195.2-ci maddə əlavə olunub.

Yeni maddəyə əsasən, Azərbaycan vətəndaşının, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və ya müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqanda (qurumda) qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi