azia.az
azia.az

Xaricdə ölən vətəndaşlarımızla bağlı yeni qaydalar olacaq

20-12-2021, 19:00

Xaricdə ölən vətəndaşlarımızla bağlı yeni qaydalar olacaq
Ailə Məcəlləsinə yeni - 195.2-ci maddə əlavə olunur.

Novoye-vremya.com xəbər verir ki, yeni maddə xaricdə ölmüş Azərbaycan vətəndaşının ölümünün qeydə alınmasına dair prosedurla bağlıdır.

Belə ki, Azərbaycan vətəndaşının, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və ya müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqanda (qurumda) qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq.

Qanun layihəsi bu gün Milli Məclisin plenar iclasında birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi