Övladlarınıza verdiyiniz 8 zərərli qida - Hər gün yeyirlər
Valideynlər arasında aparılan uşağın sağlam qidalanması ilə bağlı sorğularda onların çoxu övladına verdiyi bəzi qidaları faydalı hesab etdiyini bildirib.
Halbuki düzgün bildikləri bu ərzaqlar uşaqlar üçün zərərlidir.
Medicina.az bildirir ki, bir çox böyüklər təhlükəsiz qida ilə bağlı bilgilərə malik deyil. Məsələn, faydalı bildiyiniz meyvə şirələri, xüsusən mağazada satılanlar, üzərində yalnız uşaqlar üçün yazılsa belə, uşaq orqanizminə faydalı deyil.
1. Hazır meyvə şirələri
Paketlərdə satılan, 3-4 aylıqdan tutmuş 3 yaşına kimi uşaqlar üçün xüsusi istehsal olunan meyvə şirələri çox zaman rəngsiz, kimyəvi qatqısız olur. Hətta istehsalçılar şirənin tərkibinə vitaminlər də əlavə edir. Bütün bunlar cəlbedici görünə bilər, amma uşaq üçün faydalı deyil. Çünki bu qidada şəkər, karbohidrat çoxdur, sellüloza isə yoxdur.
300 ml-lik portağal şirəsində 50 qr şəkər var. Halbuki bu miqdar böyüklərin gündəlik şəkər normasıdır.
Bu o demək deyil ki, meyvə şirələrindən imtina etmək lazımdır. Meyvə və tərəvəzdən şirəni evdə təzə-təzə hazırlayıb, bir qədər su əlavə edib, içmək olar. Lakin bu halda da 1 stəkandan çox içməyi tövsiyə edilmir.
Dişləri olan uşaqlara isə meyvəni qabığı ilə özünü yeməsini öyrədin. Çünki yalnız bu halda meyvədəki süllulozanı orqanizm mənimsəyir.
Cola, Fanta kimi şirin qazlı içkilərdə də bir paket meyvə şirəsindəki qədər şəkər var. Bu içkilər də uşaqlara qadağandır.
Bu içkilər maddələr mübadiləsi, immun sistem, ürək-damar, beyin üçün zərərlidir.
2. Kəsmikli, qlazurlu sıroklar
Yalnız və yalnız uşaqlar üçün faydalı olması barədə miflər gəzən bu sıroklar şəkərlə doludur, onda süd demək olar yoxdur. Həddən artıq kalorilidir, tərkibində nişasta, dadlandırıcı, palma yağı, bir çox faydalı olmayan maddələr var. Ona görə bu qidaları uşaqlara almayın. Adi süd, adi kəsmik verin.
3. Şirin yoqurtlar
Uşağın menyusunda süd məhsulları mütləq olmalıdır. Bunu anlayan istehsalçılar marketləri müxtəlif dadda, rəngdə, hətta hədiyyəli, sürprizli uşaq yoqurtları ilə doldurub. Valideynlər bilməlidir ki, uşaq üçün faydalı yoqurt tərkibində faydalı bakteriyalar çox olan təbii yoqurt hesab edilir. Əsl yoqurtun 1 qramında 107 KOE faydalı mikroorqanizm olmalıdır.
Bunu isə yalnız yoqurtu analizə verdikdə təyin etmək olar. Körpələr üçün içində meyvə olan yoqurtlar məsləhət deyil.
Hesablamara görə, 1 qab yoqurtda olan şəkər uşağın sutkalıq şəkər tələbatının 30%-ini təşkil edir. Bu isə çoxdur.
4. Saxta kərə yağları
Bu yağ uşaq orqanizmi üçün çox ağırdır. Onu yalnız 9 ayından sonra çox az miqdarda qidaya daxil etmək lazımdır. Mağazada satılan kərə yağları isə əslindən çox uzaqdır.
İstehsalçılar o yağlara transyağıar, aromatizatorlar, konservant, marqarin qatır.
Ona görə övladınız üçün əsl kərə yağı tapmalısız. Uşaq menyusuna 9 aydan sonra yağlılığı 82% olan natural yağ əlavə edilməlidir.
5. Hazır səhər yeməkləri
İri qutularda hazır səhər yeməkləri tərkibi, qutusu, rəngi, dadı ilə valideynləri cəlb edir. Şirin qarğıdalı, kürəciklər, şokoladlı toplar, müsli - reklam olunmuş məhsuldan başqa bir şey deyil. Tez hazırlanan bu qidalar uşaq üçün faydalı sayılmır.
Yaxşı olar ki, özünüz yarma, qarabaşaq, vələmir, qarğıdalı alıb, evdə süddə sıyıq bişirəsiz.
Eləcə də uşaq rasionundan süd kokteyllərini çıxarmalısız. Hazır qutularda satılan şirin, südlü, şokoladlı kokteyllər uşağın qanında şəkəri qəfildən artırır. Belə uşaq tez acıyır. Hazır yoqurt və kokteyllər allergik reaksiyalar da verir.
6. Manna sıyığı
Manna yarması sovet dövründən bağça və məktəblərin əvəzolunmaz qidasıdır. Bu qida da faydalı deyil, səhərlər yox, günorta, axşam yeyilə bilər. Mannının tərkibində karbohidrat çoxdur, 70% nişastadan ibarətdir. Sənaye baxımından işlənmiş manna yarması da zülalını itirir. Xüsusən şəkərlə hazırlanan mannı uşaqda şəkərdən asılılıq yaradır, o doymur, bağırsağı tənbəlləşir. Mannıda çox qlüten var, o ciddi bağırsaq allergiyası yaradır.
Mannı 1 yaşından sonra uşaqlara verilə bilər, 10 gündə 1 dəfə.
7. Popkorn
Bilmirik günəbaxan tumu kimi qarğıdalı partlamasını nə səbəbə icad ediblər, amma qarğıdalı dənələri özü vitaminlərlə zəngin olub, uşaq orqanizmi üçün vacibdir. Lakin bu kinoteatr və yollarda satılan popkorna aid deyil. Termiki hazırlanma zamanı məhsula yağ, şəkər, duz, konservantlar qatılır.
100 qr popkornda 550 kkal kalori var. Popkornun tərkibində olan diasetil adlı aromatizator uşaqda səpki, qaşınma, ağciyər zədələnməsi yaradır. Yaxşı olar ki, 5 yaşına qədər uşaqlara popkorn verməyəsiz. Yoxsa o buna alışacaq, dad reseptorları dəyişəcək, normal qidaların dadını bəyənməyəcək.
8. Soyuq içki və yemək
Həkimlər qeyd edir ki, uşaq qulaq-burun boğaz orqanları, mədə və bağırsaq selikli qişası 3 yaşa kimi hələ zəif formalaşdığından, soyuğa həssasdır. Ona görə uşağa yalnız ilıq su, yemək, hətta soyuq yeməkləri də isidib verməlisiz. Yay olsa da sərin su, buzlu içki, dondurma, soyuq ayran, qarpız, soyuducudan meyvə olmaz.