Dörd nəfər hərbi qulluqçumuz kəskin hava şəraitinə görə ərazidə istiqaməti itirərək azıb
AZİA.AZ: Dörd nəfər hərbi qulluqçumuz kəskin hava şəraitinə görə ərazidə istiqaməti itirərək azıb
Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi qulluqçularımızın tapılması məqsədilə dərhal təxirəsalınmaz tədbirlərə başlanılıb.
Baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir.Oxu24.com