azia.az
azia.az

Azərbaycan MDB-nin sazişinə qeyd-şərtlə qoşulub

25-01-2022, 15:06

Azərbaycan MDB-nin sazişinə qeyd-şərtlə qoşulub
Prezident İlham Əliyev “Sellülyar səyyar rabitə sistemlərinin inkişaf etdirilməsində və onlardan istifadə olunmasında əməkdaşlıq haqqında 1997-ci il 17 yanvar tarixli sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanunu imzalayıb.

“Margin.az” xəbər verir ki, qanuna əsasən Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Astana şəhərində keçirilmiş 2018-ci il 2 noyabr tarixli iclasında imzalanmış “Sellülyar səyyar rabitə sistemlərinin inkişaf etdirilməsində və onlardan istifadə olunmasında əməkdaşlıq haqqında 1997-ci il 17 yanvar tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol” Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi