azia.az
azia.az

Çörəklə bağlı şok faktlar

24-01-2022, 22:37

Çörəklə bağlı şok faktlar
Xəbəral.az-ın məlumatına görə, çörək məmulatlarının çoxu mal-qara yemindən, kimyəvi maddələr vurulmaqla, zərərli duzlardan istifadə edilməklə antisanitar şəraitdə hazırlanır, çirkli daşınma və satılma şəraitində istehlakçıya təklif olunur.

Çörəklə bağlı şok faktlar



Ərzaq təhlükəsizliyində ən əhəmiyyətli sahələrdən biri də çörəkbişirmə ilə bağldır. Heç kəsə sirr deyil ki, ölkədə satılan çörəklərin böyük əksəriyyəti keyfiyyətsiz, hətta təhlükəlidir. Antisanitar şəraitdə, mal-qara üçün nəzərdə tutulan taxıldan bişirilən, tərkibinə ultrakimyəvi maddələr vurulan çörəklər çirkli avtomaşınlarda və taralarda daşınır, bir çoxu isə paketlənməmiş halda satışa çıxarılır.
Çörək sexlərində işləyənlərin dediklərinə görə, hazırda bütün çörəkbişirmə müəssisələrində bu məhsulun yapışqanlığını artırmaq, tez qurumasının qarşısını almaq üçün müxtəlif qatqılardan istifadə edilir. Çörəkbişirmə sexlərinin hamısı istehsal etdikləri çörəyin günlərlə saxlanılması üçün yalnız bir maddədən – E-240 “formaldehid” adlı konservantdan yararlanırlar.

Çörəklə bağlı şok faktlar


Xalq arasında “ölüyə vurulan dərman” kimi tanınan bu maddəni çörəyin bişirilməsində istifadə etmədikdə məhsulu 2 gündən artıq saxlamaq mümkün deyil.
Çörəyin ümumi saхlanılma muddəti sortlu undan çəki və ədədlə satılan məmulat üçün 24 saat, кəpəkli və кəpəksiz çovdar unundan bişirilmiş çörəкlər üçün 36 saatdan çoх olmamalıdır.
İstifadə müddəti ötmüş çörək məmulatlarının ticarət şəbəkələrinə qəbuluna və satışına yol verilməməlidir. Çünki, çörəyi saхladıqda bir çoх mikroorqanizmlərin inkişafı nəticəsində çörəkdə хəstəlik baş verir.
Кartof хəstəliyi, кartof çöpləri və s. baкteriyalar vasitəsilə çörəyin içində inкişaf edir. Çörəк bişdikdən 12-24 saatdan sonra içlik qaralır, yapışqanvari yumrular əmələ gəlir.

Çörəklə bağlı şok faktlar

Xəbəral.az xəbər verir ki, əksər çörək bişirilən məüssisələrdə keyfiyyətsiz undan istifadə edilir. Vaxtı keçmiş çörək məmulatları göbələk xəstəliyi və mədə-bağırsaq xəstəliklərinin yaranmasına səbəb olur.
Bundan başqa, dietik çörək adı ilə saxta məhsullar satırlar. Qara, yaxud boz çörək adı ilə satılan çörəklərə insan orqanizminə zərərli olan boyaq maddələri vurulur. Bəzi çörək sexlərində satılmayıb qaytarılan çörəklər xırda-xırda doğrandıqdan sonra, yenidən xəmirə qarışdırılır və yenidən çörək bişirilir. Bir çox halda köhnə çörəkləri bir qədər isti yerdə saxlayıb buxara verirlər və yumşaldırlar. Bəzən çörəklərin içindən tarakanlar, həşəratlar, taxta qırıntıları və digər şeylər çıxır.
Çörəkbişirmə müəssisələrinin çoxunda çörək üçün istifadə olunan buğda əslində mal-qara yemi üçün istehsal olunur. Çörək keyfiyyətli ərzaq buğdasından bişirlməlidir. Lakin bu tələbə riayət edən demək olar ki yoxdur.




Hazırda heyvandarlıq üçün nəzərdə tutulan 4-cü sinif buğda əhaliyə yedizdirilir. Bizim idxalçılar məhz bu buğdanı- dünya bazarında ən ucuz olan buğdanı alıb gətirirlər. Halbuki, əksər ölkələrdə bu məhsulun idxalına qadağa qoyulub, hətta yemçilikdə də geniş istifadə edilmir. Bu buğdaların zülalı və nişastasının həcmi aşağı səviyyədə olduğu üçün insan sağlamlığına ziyandır.
Ərzaq buğdası 3-cü növə qədərdir. 4-cü sinif buğdadan çörək bişirmək mümkün deyil. Çünki tərkibinə nə qədər maya vurulsa da xəmir şişmir. Bu səbəbdən bizim istehsalçılar Türkiyədən, Çindən xüsusi kimyəvi maddə- unafer gətirirlər. Çörəyə rənginin ağ görünməsi, müddətinin artıq olması, böyük görünməsi üçün başqa kimyəvi maddələr də vurulur. Xəmirə vurulan bu maddələr onun normal vaxtdan dəfələrlə daha tez mayalanmasına, həcminin də böyük görünməsinə, lakin əhalinin zəhərlənməsinə səbəb olur. Ən çox standart zavod çörəklərində belə hallara rast gəlinir.

Çörəklə bağlı şok faktlar


Xəbəral.az bildirir ki, Rusiiya və digər Avropa ölkələrində belə maddələrin xəmirin tərkibinə vurulması qadağan olunub və çörək hazırlanarkən tərkibinə təbii mayelər vurulur. Bəzən deyirlər ki, çörəkdə kartof xəstəliyi var. Əslində isə yem buğdasından hazırlanan həmin çörəklər belə keyfiyyətsiz olur. Kartof xəstəliyinin mikrobları çörək bişərkən də məhv olmur. Xüsusən də həmin zərərli unafer maddəsi ilə hazırlanan çörək bir neçə saat qaldıqdan sonra dadını dəyişir, yapışqanlaşır. Son illər mədə-bağırsaq xəstəliklərinin artması da məhz keyfiyyətsiz çörəklərlə bağlıdır.
Problemin daha bir tərəfi isə, çörəklərin mağazalara daşınması prosesi ilə bağlıdır. Bir çox çörəkbişirmə sexləri məhsulları antisanitar şəraitdə, çirkli maşınlar və çirkli taralarla daşıyırlar ki, bu da həmin çörəklərin üzərinə hər cür mikrob və bakteriyaların yapışmasına və istehlakçıların zəhərlənməsinə səbəb olur. Belə hallara təkcə kiçik çörək sexlərində deyil, hətta tanınmış, reklamlardan düşməyən müəssisələrdə də rast gəlinir.
Məsələn “Nur” çörəkləri ilə bağlı bu cür şikayətlərə tez-tez rast gəlirik. Bu marka adı altında satılan çörəklərin içindən nə desən çıxır, çörək 1-2 gün qaldıqdan sonra elə bir vəziyyətə düşür ki, adam onun 2 gün əvvəl çörək olduğuna inana bilmir. Bu çörəklər mədədə ağırlıq yaradır, həzm olmur. Lakin müəssisə rəhbərliyi belə haların aradan qaldırılması əvəzinə, 2 gün qaldıqda əcaib iy verən palçıq kimi çörək bişirib satmaqla məşğuldur. Üstəlik, satışdan qayıdan çörəkləri müxtəlif üsullarla yenidən çörək və digər məhsullar formasında satışa qaytarmaqla da. Dəfələrlə mətbuatda və sosial şəbəkələrdə “Nur” çörəklərinin köhnə, çirkli maşınlarda antisanitar şəraitdə daşınması ilə bağlı fotolar da yayılıb. Lakin müəssisə rəhbərliyi belə tənqidləri qulaqardına vurub.
Eyni sözləri “Maştağa” çörəkbişirmə müəssisəsi haqda da demək olar.Kiçik sexlərdə də evəziyyət eynidir. Yalnız bir neçə iri çörəkbişirmə müəssisəsində qaydalara riayət olunur, laboratoriyaları var və çörəyin paketlənməsi, gigiyenik şəraitdə daşınmasına riayət olunur. Lakin onlar da keyfiyyətli yox, ucuz buğdadan istifadə edirlər.
Əhaliyə heyvan yemindən çörək bişirən, bu keyfiyyətsiz xəmirin köpməsi və daha sürətlə mayalanması üçün kanserogen maddədən istifadə edən, üstəlik bu çörəkləri antisanitar şəraitdə daşıtdıran belə müəssəsə rəhbərləri ciddi cəzalandırılmalıdır.
Çörəklə bağlı şok faktlar


Beş-on manat artıq qazanmaq üçün xalqın çörəyinə haram qatan, onu zəhərləyən bu şəxslər öz böyük vllalarında yox, layiq olduqları yerdə -kiçik həbsxana kamerasında oturmalıdırlar.

Qarşı tərəfin mövqe haqqını tanıyırıq


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi