“Gilan” çörək zavodu çörəyin qiymətini bahalaşdırdı
"Gilan" çörək zavodu istehsal etdiyi çörəyin qiymətini bahalaşdırıb.
Bu barədə AFN-ə market sistemində çalışan şəxslər bildirib.
Qeyd edilir ki, zavod istehsal etdiyi bütün çörəklərin qiymətində artım qərarı verib. Belə ki, dünəndən etibarən marketlərə verilən çörəklərin hər birinin qiyməti 5 qəpik artırılıb.
Məsələ ilə bağlı zavoddan mövqe almaq istəsək də, müəssisənin rəsmi saytında göstərilən telefon nömrəsilə əlaqə saxlamaq mümkün olmadı.