azia.az
azia.az

Son dəqiqə: Muhittin Böcəkdən İmamoğlu ilə bağlı şok iddialar - “Zərfi ona verdim”

Dünən, 23:32

Antalyada həbsdə olan Böyükşəhər Bələdiyyəsinin sədri Muhittin Böcək Antalya Baş Prokurorluğunda əlavə ifadə verib. 

Xəbər verilir ki, Böcək ifadəsində Əkrəm İmamoğlu ilə bağlı diqqətçəkən iddialar səsləndirib.

O, bildirib ki, 30 noyabr 2023-cü ildə İstanbulda İmamoğlu ilə görüşüb. Onun sözlərinə görə, İmamoğlu bələdiyyə sədrliyinə namizədliyini dəstəkləmək müqabilində ondan təxminən 15 milyon avro maliyyə dəstəyi istəyib.

Böcək iddia edib ki, seçki büdcəsi üçün ayırdığı və dostundan borc aldığı pulla birlikdə 5 milyon avro ödəmək qərarına gəlib. Pulun “havala” sistemi ilə çatdırılması planlaşdırılıb.

Böcəyin ifadəsində ən diqqətçəkən məqam isə pulun çatdırılması ilə bağlıdır. O bildirib ki, dostunun verdiyi, içərisində 100 lirə və üzərində qeyd olan kağızın yerləşdirildiyi zərfi 17 dekabr 2023-cü ildə İstanbulda Əkrəm İmamoğluya şəxsən təqdim edib.

Böcək deyib ki, İmamoğludan tələb olunan məbləğin qalan hissəsini daha sonra, prezidentliyə namizədlik prosesi baş tutacağı təqdirdə ödəyəcəyini bildirib.

Onun sözlərinə görə, İmamoğlunun daha sonra həbs olunması səbəbindən qalan ödəniş həyata keçirilməyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi