azia.az
azia.az

Bu qiymətə Şuşaya səfər edə biləcəksiniz - FOTO

22-01-2022, 09:30

Bu qiymətə Şuşaya səfər edə biləcəksiniz - FOTO
Bu qiymətə Şuşaya səfər edə biləcəksiniz - FOTO
Xəbər verdiyimiz kimi, yanvarın 24-dən işğaldan azad edilmiş ərazilərə marşrut avtobusları təşkil olunacaq.

Xəbər verilir ki, artıq səfərə hazırlaşanlar arasında biletini əldə edənlər də var.

Bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.

Məlum olub ki, Bakıdan Şuşaya gedən vətəndaş saat 05:30-da Bakı Beynəlxalq Avtovağzal Kompleksində olmalıdır. Minik vaxtı bu saata təsadüf edir, bir saat sonra isə səyahət başlayır.
Bu qiymətə Şuşaya səfər edə biləcəksiniz - FOTO
Sərnişinlər Şuşaya "Mercedens-Benz Travego" avtobusu ilə yola düşəcək.
Şuşa istiqamətində relyef nəzərə alınaraq, xüsusi əyləc tipi olan avtobuslar seçilib. İstiqamət kimi isə Şuşanın köhnə avtovağzalı qeyd olunub.

Qeyd edək ki, biletlərin bir tərəf üçün qiyməti Bakı-Şuşa - 10.40 AZN, Bakı-Ağdam - 9.40 AZN, Əhmədbəyli-Şuşa - 7 AZN, Bərdə-Ağdam- 5 AZN, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa - 6 AZN-dir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi