azia.az
azia.az

Vətəndaşla kobud rəftar edən polis kapitanı işdən qovuldu

29-12-2021, 22:21

Vətəndaşla kobud rəftar edən polis kapitanı işdən qovuldu
Vətəndaşa qarşı kobud rəftar edən polis kapitanı İlkin Süleymanov vəzifəsindən azad olunub. Azia.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməliyyat müvəkkili İlkin Süleymanov daxili işlər orqanlarından xaric edilib.

Qeyd edək ki, İ. Süleymanov bundan əvvəl Gəncə Beynəlxalq Hava Limanında Xətt Rayon Polis Şöbəsinin rəisi olub. O, bir neçə ay əvvəl Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə təyinat almışdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi