azia.az
azia.az

Vilayət Eyvazov polis rəisini işdən çıxarıb? - Mehman Fətəliyevdən açıqlama

27-12-2021, 10:09

Vilayət Eyvazov polis rəisini işdən çıxarıb? - Mehman Fətəliyevdən açıqlama
Xəbər verdiyimiz kimi, ötən gün mətbuatda Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Mehman Fətəliyevin işdən çıxarılması ilə bağlı məlumatlar yayılıb.
M. Fətəliyev Bakupost.az -a açıqlamasında bu xəbərlərə aydınlıq gətirib.
O bildirib ki, Daxili İşlər Nazirliyindəki vəzifəsindən səhhəti ilə bağlı özü ayrılıb:
"İdman sahəsində olan fəaliyyətimlə əlaqədar müəyyən zədələrim var idi. Bu səbəbdən müalicə üçün bir müddət işimdən kənar qalmalı idim. Cənab nazirə özüm ərizə yazdım. Təşəkkür edirəm ki, ərizəmi qəbul etdi və sərəncama götürüldüm. Səhhətim qaydasına düşdükdən sonra nazirin layiq bildiyi vəzifədə yenidən fəaliyyətimi davam etdirməyi düşünürəm".
Qeyd edək ki, ötən gün yayılan məlumatlara görə, M. Fətəliyevin vətəndaşlarla mütəmadi olaraq kobud rəftar etməsi haqda DİN rəhbərliyinə çoxlu şikayətlər daxil olub. Daxili araşdırma nəticəsində nazirin əmri ilə M.Fətəliyev vəzifəsindən azad olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi