Bu gün Zəngilanda toy keçirilir? - AÇIQLAMA
Bu gün Zəngilan rayonunun Ağalı kəndində toy məclisinin keçiriləcəyi ilə bağlı iddialar yayılıb.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bəzi sosial şəbəkə hesablarında Zəngilan rayonunun Ağalı kəndində toy məclisinin keçirilməsinə dair yayılan məlumatlar həqiqətəuyğun deyil:
"Hazırda həmin kənd ərazisində yenidənqurma və bərpa işləri davam etdirilir. Quruculuq işləri yekunlaşdıqdan sonra qısa zaman ərzində soydaşlarımızın öz doğma torpaqlarımızda məskunlaşdırılması planlaşdırılır".