azia.az
azia.az

Peyvənddən altı ay sonra...

23-12-2021, 08:58

Peyvənddən altı ay sonra...
Peyvənddən altı ay sonra...
Koronavirusa qarşı peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Elə "buster" doza da immuniteti yenidən gücləndirməyə xidmət edir. Dördüncü doza vaksin isə həkimlərin məsləhəti əsasında vurula bilər. Risk qrupunda olanların "buster" doza vurdurması xüsusilə əhəmiyyətlidir. Mütəxəssislər bildirirlər ki, yaş artdıqca risk də artır. Ona görə yaşlı insanların üçüncü doza vaksin vurdurması həyati əhəmiyyət kəsb edir.
"Azia.az" AZƏRTAC-a istinadən bildirir ki, Bakıdakı 19 nömrəli poliklinikanın baş həkim müavini Yeganə Cəfərova deyib: "Peyvənd olunmuş hər kəs ikinci vaksindən 5 ay keçəndən sonra iki ay müddətində üçüncü vaksini qəbul etməlidir. Üçüncü dozadan sonra dördüncü dozanın vurulmasına gəldikdə isə hər doza arası müddət 6 ay olmalıdır. Altı ay bitəndən sonra iki ay müddətində peyvənd vurulmalıdır. Ümumiyyətlə, bütün yaş qrupundan olan əhali arasında müraciətlər çoxdur. Üçüncü doza vurdurmaq üçün daha çox "Pfizer"ə müraciət edirlər".

Vətəndaşlar randevu.its.gov.az saytı üzərindən üçüncü doza üçün növbə götürəndə avtomatik olaraq dördüncü dozanın qəbulu tarixi qeyd edilir. Yəni bu qayda peyvənd üçün ilk növbəgötürmə prosesindəkinə oxşardır. Üçüncü və dördüncü doza üçün Azərbaycanda təsdiqlənən bütün vaksinlərdən istifadə oluna bilər.

İndiyədək ölkəmizdə vurulan vaksinlərin sayı 11 milyondan çoxdur. Dördüncü dozanın vurulması ilə əlaqədar hər hansı əks göstəriş qeydə alınmayıb və həmin dozanı hər kəs öz istəyi ilə vurdura bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi