azia.az
azia.az

“Omikron”un əsas əlamətləri: 10 xəstədən 9-da müşahidə olunur

13-12-2021, 08:53

Koronavirusun “Omikron” variantının əsas simptomları müəyyən edilib.
“Omikron”un əsas əlamətləri: 10 xəstədən 9-da müşahidə olunur
“Haber Global” xəbər verir ki, bu əlamətlərin 10 nəfərdən 9-da görüldüyü açıqlanıb.

Cənubi Afrikada ortaya çıxan və digər ölkələrə yayılmağa başlayan ştammın əsas əlamətləri ABŞ-da aparılan araşdırma ilə müəyyən edilib.

Bildirilib ki, yeni variantın ən başlıca simptomları boğazda qaşınma hissi və onu müşayət edən quru öskürəkdir.

Araşdırmaya görə, “Omikron” xəstələrinin 89 faizində boğaz ağrısı yox, məhz boğazda qaşınma və quru öskürək görülüb. Digər simptomlardan isə yorğunluq (65 faiz), burun tutulması və ya axması (59 faiz), təngnəfəslik (16 faiz), ishal (11 faiz), dad və qoxu itkisi (8 faiz) qeyd edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi