Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Ölkə.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Bayram İsmayılov Şəmkir rayon Polis Şöbəsinin post-patrul bölüyünün komandiri vəzifəsindən azad olunaraq həmin şöbəyə xidmət üzrə rəis müavini təyin edilib.