azia.az
azia.az

BDU-nun tələbələri MEK-ə ekskursiyaediblər

6-12-2021, 16:53

BDU-nun tələbələri MEK-ə ekskursiyaediblər
BDU-nun tələbələri MEK-ə ekskursiyaediblər
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbələri, müəllimləriElnarəZeynalovanın rəhbərliyiiləAzərbaycan Milli ElmlərAkademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) ekskursiyaediblər.
MEK-in əməkdaşı ŞəhanəŞahbazova tələbələrə kitabxana haqqında ətraflı məlumat verib. Tələbələrekskursiyaya “Akademiklərzalı”ndanbaşlayaraq, buradamüxtəlif ölkələrdən kitabxanaya hədiyyə edilən nəşrlərdən ibarət guşələrə baxıb, həmçinin oxucu kataloqu ilə tanış olublar.
AMEA-nın 15 təsisçisinin büstlərindən ibarət qalereya ilə tanışlıq zamanı tələbələr, büstlərin hər birinin yanında öz əksini tapan QR kod vasitəsilə təsisçilər haqqında daha ətraflı məlumat əldə ediblər.
Ekskursiya müddəti qonaqlar Azərbaycan kitabxana sistemində ilk olan və bir neçə ay əvvəl yaradılanMEK-in“Qarabağ müharibəsi qəhrəmanları” fondunda da olublar. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkillərindən ibarət guşə ilə yaxından tanış olub, Birinci və İkinci Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşləri zamanı şücaət göstərən şəhid, qazi və müharibə iştirakçılarının həyat və döyüş yolunu əks etdirən məlumatlar, şəxsi sənədlər, onların şəxsi kitablarından ibarət kolleksiyaya baxıblar.
Həmçinin, MEK-in əməkdaşları kitabxana barədə tələbələri maraqlandıran sualları cavablandırıblar.

AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]

BDU-nun tələbələri MEK-ə ekskursiyaediblər
BDU-nun tələbələri MEK-ə ekskursiyaediblər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi