azia.az
azia.az

Oktyabr ayı anadan olan şəhidlərimizin ailə üzvləri “Qarabağ müharibəsi qəhrəmanları” fondunu ziyarət ediblər

25-10-2021, 21:43

Oktyabr ayı anadan olan şəhidlərimizin ailə üzvləri “Qarabağ müharibəsi qəhrəmanları” fondunu ziyarət ediblər
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) fəaliyyət göstərən “Qarabağ müharibəsi qəhrəmanları” fondunu İkinci Qarabağ müharibəsində fəal iştirak etmiş, oktyabr ayında anadan olmuş qəhrəman şəhidlərimizin ailə üzvləri ziyarət ediblər.
Ziyarət edənlər sırasında Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan Muradov Ziyad Muradxan oğlunun və Rəsulov Mirbala Əmirağa oğlunun, Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olan Kəlbalıyev Siyavuş Hümbət oğlunun, Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Məcidzadə Teymur Tehran oğlunun və Tərtər rayonu Talış istiqamətində gedən döyüşlərdə şəhid olan Əliyev Bəhruz Elman oğlunun ailələri olub.
Şəhid ailələri ilə görüş zamanı MEK-in baş direktoru, professor Məmməd Əliyev torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarını fəda edən şəhidlərimizin ölkəmizin hər yerində olduğu kimi, MEK-də də xatirələrinin əziz tutulduğunu bildirib. “Üç minə yaxın şəhidimizin adlarının əbədiləşdirilməsi üçün Azərbaycan kitabxana sistemində bir ilk olan və cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən Qarabağ müharibəsi qəhrəmanları fondunu yaratdıq. Fondda toplanan sənədlər, kitablar yüz illər keçsə də burada əbədi qalacaq və gələcək nəsillərə miras kimi ötürüləcək. O övladları böyüdən hər bir şəhid valideyninin qarşısında baş əyirik”, deyə professor Məmməd Əliyev vurğulayıb.
Şəhid ailələrinin üzvləri fondla yaxından tanış olub, onların əziz xatirəsinə həsr olunmuş guşələrə baxıb, dövlətimiz tərəfindən göstərilən yüksək qayğıdan danışıb, şəhidlərimizin xatirəsini canlı tutduqları üçün AMEA və MEK rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.
Qeyd edək ki, bir neçə ay əvvəl fəaliyyətə başlayan “Qarabağ müharibəsi qəhrəmanları” fondunda İkinci Qarabağ müharibəsində gedən döyüşlərdə canından keçmiş şəhidlərimizin doğum günlərinə həsr olunmuş sərgilər də təşkil olunur və bu sərgilər bir ay müddətində davam edir. Sərgidə qəhrəman şəhidlərimiz haqqında ətraflı məlumatlar, sənədlər, fotoşəkillər, şəhidlər haqqında yazılmış və onların özlərinin yazdıqları kitablar sərgilənir.

AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]
(012) 539-73-67 (daxili 14-14)

Oktyabr ayı anadan olan şəhidlərimizin ailə üzvləri “Qarabağ müharibəsi qəhrəmanları” fondunu ziyarət ediblər
Oktyabr ayı anadan olan şəhidlərimizin ailə üzvləri “Qarabağ müharibəsi qəhrəmanları” fondunu ziyarət ediblər
Oktyabr ayı anadan olan şəhidlərimizin ailə üzvləri “Qarabağ müharibəsi qəhrəmanları” fondunu ziyarət ediblər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi