Direktor müşaviri koronavirusdan vəfat etdi
Direktor müşaviri koronavirusdan vəfat etdi
“İçərişəhər” Muzey Mərkəzinin direktor müşaviri Gülnar Əliyeva koronavirusdan virusundan vəfat edib.
Xəbər verilir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.
Qeyd edək ki, Gülnar Ələkbər qızı Əliyeva 1945-ci ildə Bakı şəhərində anadan olub. 1969-cu ildən 1994-cü ilədək “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarixi-Memarlıq Qoruq-muzeyində çalışıb. Əmək fəaliyyətinə muzey baxıcısı kimi başlamış Gülnar Əliyeva, qısa bir müddət ərzində bələdçi, kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifəsinə ucalıb.
2008-ci ildən təcrübəli muzeyşünas kimi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsinə işə qəbul edilib.
O, 30-adək məqalənin, ekspozisiya planlarının, tematik inkişaf, perspektiv planların müəllifi olub. 1975-ci ildə Əmək Veteranı medalı ilə təltif edilib, 2014-cü ildə Əməkdar Mədəniyyət işçisi adına layiq görülüb.