Ermənistandan Azərbaycana qarşı TƏHLÜKƏLİ GEDİŞ - Azərbaycan nə edəcək?
Paşinyan Soçi anlaşmasını pozmağa çalışır. Moskvada hər üç ölkənin baş nazirinin müavinlərinin nəticəsiz görüşünün səbəbləri bu baxımdan qaranlıq deyil.
Paşinyan iqtidarı revanşistlərlə kəllə-kəlləyə gəlməkdən qorxduğunu bir daha nümayiş etdirdi. Doğrudur, bəzi siyasi analitiklər Brüssel görüşündən müsbət nəticələrin olacağı ilə bağlı optimist proqnozlar verirlər. Amma görünən odur ki, Ermənistanda Rusiya tərəfdarları-revanşistlər “Siyasi dam”ın vacibliyinin təbliği ilə bağlı bütün resurlardan geniş istifadə etməkdədirlər.
Onlar hesab edir ki, 44 günlük müharibədən sonra Ermənistanın dünyada yeri və rolu, eləcə də imkanları ilə bağlı müzakirələr aktuallaşmalı, ciddi qərarlar qəbul edilməlidir.
Revanşistlərin və müstəqil siyaətçilərin hazırladığı proqram xarakterli təbliğat-təşviqat sənədlərində deyilir: “Bir şey göz qabağındadır ki, yalançı vətənpərvər tost iddialarını bir kənara qoyub reallığa nəzər salsaq görərik ki, Ermənistan öz imkanları ilə mövcud çağırışlara tab gətirə bilmir, dövlətimiz üçün ciddi təhlükələr yaradır.
Gəlin Ermənistanın imkanlarını – iqtisadi – təhlükəsizlik baxımından çağırışlarını anlamağa çalışaq.
İqtisadi baxımdan qeyd etmək lazımdır ki, Ermənistan bir çox problemlərini Avrasiya İqtisadi İttifaqı (Aİİ), xüsusən də Rusiya Federasiyasının imkanları hesabına həll etmək iqtidarındadır. Ermənistanda istehsal olunan mal və xidmətlərin əksəriyyətinin istehlakçısı Rusiya bazarıdır ki, bu dövrdə Rusiya tərəfi ilə qurulan dostluq-müttəfiqlik münasibətləri iqtisadi həyatı intensivləşdirməyə imkan verir. Aİİ daxilindəki imkanlar birmənalı şəkildə deməyə imkan verir ki, Ermənistan istəsə, ciddi iqtisadi irəliləyişləri qeydə ala bilər. Təkcə onu qeyd etmək kifayətdir ki, Aİİ-yə üzv dövlətlərin dövlət satınalmaları üçün ildə orta hesabla 135 milyard dollara ehtiyacı var, lazımi mallar və xidmətlər artıq erməni şirkətləri tərəfindən təklif oluna bilər. Bu, erməni biznesləri üçün görünməmiş bir fürsətdir və bundan mütləq istifadə edilməlidir. Əslində Ermənistan iqtisadi baxımdan bir dam altındadır ki, bu da bizə müsbət təsir edir.
Təhlükəsizlik nöqteyi-nəzərindən Ermənistanın 44 günlük müharibədən əvvəl problemləri var idi və ondan sonra bu problemlər xüsusilə kəskinləşdi. Ermənistanın üzləşdiyi təhlükəsizlik çağırışlarını neytrallaşdırmaq üçün iqtisadiyyatda olduğu kimi bizim üçün də siyasi-təhlükəsizlik damının olması zəruridir. Məsələn, Avropa ölkələri təhlükəsizlik siyasəti problemlərinin həlli üçün ortaq dam tapıblar – effektiv geosiyasi vahid olan Aİ. Rusiya da görünür, o istiqamətdə getməyə çalışır, geosiyasi vahidin onun təşəbbüskarı olmasına çalışır. Çoxları ona SSRİ-2 deyir, amma əslində o, artıq dağılmış SSRİ kimi ola bilməz. Əvvəla, yeni birlik yaratmağa can atan ölkələr uzun müddət sosialist deyillər, onlar Qərbdəki kimi eyni iqtisadi-siyasi modellə yaşayırlar; yaradılan vahid əhəmiyyətli dərəcədə fərqli keyfiyyət vahidi olacaq.
İndi ittifaq dövləti adlandırılan yeni birləşmə Ermənistan üçün təhlükəsizlik və siyasi problemlərini həll etmək üçün bir fürsətdir. Sovet Ermənistanından fərqli olaraq, bu dəfə suverenliyin qorunub saxlanması ilə, Aİ-yə üzv dövlətlər kimi, suverenliyə malik olan, lakin eyni zamanda ümumi maraqları olan, bütün üzv dövlətlər bu istiqamətdə hərəkət edir.
Və əgər Ermənistan bu yeni geosiyasi vahidin bir hissəsi olmağı bacararsa, əminliklə deyə bilərik ki, qarşıdakı onilliklər ölkəmiz üçün onilliklər tərəqqi və inkişaf olacaqdır”.
Bəli, görünən odur ki, bu qüvvələrin Rusiya qarşısında ciddi ödəlikləri var. Öz təhlükəsliklərini Rusiyanın çətiri altında görən ermənilərin əsas öhdəiliyi danışıqları uzatmaq və Azərbaycanı rus boyunduruğuna sürükləmək cəhdləri olacaq.
Fadil Paşayev,