azia.az
azia.az

Ramiz Mehdiyevin kürəkəni Əsabil Qasımovu rüsvay elədi: O, bizim ayaqqabımızı…

Bu gün, 10:49

Ötən həftə Ramiz Mehdiyevin komandası ilə sıx əlaqələri olan şəxslərlə bağlı araşdırma təqdim edilib…
Həmin yazıda keçmiş deputat, iş adamı, az qala Bakının hər yanında hündürmərtəbəli bina tikən sabiq deputat Əsabil Qasımovun da R.Mehdiyevin “krişalığı”nda olduğu iddia olunub.

Məsələ ilə bağlı oxu24.com saytına açıqlama verən Əsabil Qasımov Mehdiyevləri düşmən adlandırıb və onlarla əlaqələrinin olmasını təkzib edib.

Xəbər  verilir ki, məsələ ilə bağlı Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev CityPost.az saytına açıqlama verib.

“O, bizim qapımızın ağzında günlərlə əsgər kimi dayanan, ayaqqabımızı cütləyən adam olub. Mən Prokurorluq orqanlarında və digər dövlət strukturlarında çalışmışam, deputat olmuşam. Bu tip adamların nəyə qadir olduğunu yaxşı bilirik. Əsabil şahmat  oyunundakı piyada əsgər kimi bir şeydir. Onunla düşmənçilik etməyi özümə rəva bilmərəm. Bu gün onun haqqında daha çox bəhs etmək, onu şərəfləndirmək kimi şey olar. Elə etməsin ki, açım sandığı, töküm pambığı… Bir qədər də dərinə getsə, vaxtı ilə yaltaqcasına bizim məclisdə oturub, şənimizə işlətdiyi pafos dolu ifadələr olan videoları sosial şəbəkələrdə yayıb, onun kim və nə qədər rəzil biri olduğunu cəmiyyətə çatdıraram”, deyə İlham Əliyev bildirib.

Xatırladaq ki, İmişlidən olan bir çox məmurlar və iş adamları məhz Ramiz Mehdiyevin kölgəsi altında “böyüdükləri” haqqında çox saylı təksib olunmaan yazılar var. Onlardan birinin də rayonun Mərkəzi bazarının sahibi Əziz olduğu deyilir. O, bazar necə özəlləşdirilib? Bax, bunun ətrafında araşdırma aparılsa, şox mətləblər üzə çıxacaq.

Poliqon.info


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi