Bakıda böyük yəhudi konfransı ləğv edilib?
Gələn ayın əvvəlində Bakıda keçirilməsi planlaşdırılan Avropa ravvinlərinin konfransı təhlükəsizliklə əlaqədar ləğv edilib.
Tribunainfo.az erməni mediasına istinadla bu məlumatı yayıb.
Noyabrın 3-6-da keçirilməsi planlaşdırılan görüşdə Avropa, İsrail, ABŞ və digər ölkələrdən ravvinlər, dini liderlər, siyasi və ictimai xadimlər də daxil olmaqla 600-ə yaxın iştirakçı gözlənilirdi. Lakin bu xəbərin təsdiqi yoxdur. Görüşün təhlükəsizliklə bağlı ləğvi inandırıcı görünmür. Bakı həmişə beynəlxalq konfransların keçirildiyi məkan olub və təhlükəsizlik ən yüksək səviyyədə təmin edilib. Ölkəmizdə COP29, TDT zirvəsi və bir çox mühüm beynəlxalq səviyyəli tədbirlər təşkil olunub. Bu xəbərin erməni mediasının təxribat olması istisna deyil.
Fərda Uğur