İsfəndiyar Axundov Elman Nəsirovun qızına ev verir - VİDEO AÇIQLAMA
“Elman Nəsirov ictimai xadimdir. Millət üçün, xalq üçün o, əhəmiyyətli adamdır. Onun nüfuzuna xələl gəlməməsi və adı hallanan qadın Elman müəllimin bir ürək parçası olduğu üçün bu məsələyə öz dəstəyimi göstərmək istəyirəm”.
Xəbər verilir ki, bunu news365.az-a açıqlamasında iş adamı İsfəndiyar Axundov deyib. O bildirib ki, həmin qadına 5 il müddətində yaşamaq üçün ev verirəm:
Qeyd edək ki, bir neçə gün əvvəl Millət vəkili Elman Nəsirovun birinci evlilikdən olan qızı Laləzər Əliyevə sosial şəbəkədə çıxış edərək atasından gileylənib.