azia.az
azia.az

Şəhid olan polkovnikin bu videosu hər kəsi kövrəltdi - Vətən Müharibəsi iştirakçısı imiş (VİDEO)

1-12-2021, 08:42

Şəhid olan polkovnikin bu videosu hər kəsi kövrəltdi - Vətən Müharibəsi iştirakçısı imiş (VİDEO)
Şəhid olan polkovnikin bu videosu hər kəsi kövrəltdi - Vətən Müharibəsi iştirakçısı imiş (VİDEO)

Xəbər verdiyimiz kimi, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

32gun.az xəbər verir ki, qəza zamanı həlak olanlardan polkovnik Nəzirov Emil Nəzir oğlu Azərbaycan Ordusunun ilk könüllülərindən olub, birinci Qarabağ müharibəsində iştirak edib.

Vətən müharibəsində göstərdiyi şücaətinə görə isə polkovnik rütbəsinə yüksəlib. “Vətən uğrunda” medalı ilə təltif olunub.
Şəhid olan polkovnikin bu videosu hər kəsi kövrəltdi - Vətən Müharibəsi iştirakçısı imiş (VİDEO)
Bu barədə şəhidin bacısı oğlu Elnur Məcidli sosial şəbəkədə paylaşım edib.

Digər qohumu Hafiz Ələddinoglu isə şəhidin gitarada mahnı ifa edərkən çəkilmiş videosunu paylaşıb.

Qeyd edək ki, E.Nəzirov 1969-cu ildə Lənkəran rayonunun Veravul kəndində anadan olub.

Ailəlidir, 3 övladı var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi