azia.az
azia.az

Deputatdan rüsumlara etiraz - "Cəmiyyətin əsəbləri ilə oynayırıq"

24-11-2021, 13:21


Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında rüsumlardan danışıb.
Deputatdan rüsumlara etiraz - "Cəmiyyətin əsəbləri ilə oynayırıq"
Deputat rüsumların 50-60% artmasının ehtiyac meyarına, yaşayış minimumuna uyğun gəlib-gəlmədiyini vətəndaşın bunu ödəməyə gücünün çatıb-çatmayacağıı araşdırmaq lazım olduğünu bildirib:

“Rüsumlarda nə qədər artım var, biz nəyə səs veririk? Camaat bunu ödəyə biləcəkmi? Maşını saxlayıb gedirsən, axşam 60 manat cərimə gəlir. Bir ay ödəməsən, unutsan, 120-130 manat olur. Adı da olur ki, dəbbə faizi gəlib. Büdcə millətə verdiyinin neçə faizini cərimə və rüsumlarla geri qaytarır? Bu, müəyyən olunmalıdır. Cəmiyyətin çox ciddi hissəsinin əsəbləri ilə oynayırıq. Sanki bir məsuliyyət yoxdur. Bunu qarşılığında kimsə dilə gəlməlidir”.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə deyib ki, rüsumlarda 2-3 dəfə artım yoxdur:

“Bəzi rüsumlarda 20%, bəzilərində 30-50% artım var. Elələri var ki, tez-tez rast gəlinməyən rüsumlardır. Təbii ki, istənilən artım əhalinin cibinə təsir edir. Amma buna paralel olaraq, hökumət maaş və pensiyaların artımı ilə bağlı da qərarlar qəbul edir. Ümumiyyətlə, hər kəs qəbul etməlidir ki, cərimənin məbləği və fəlsəfəsi ödəyə bilmək üçün deyil. Cərimənin fəlsəfəsi qaydanı pozmamaq üçündür. Bütün dünyada cərimə o qədər sərt olur ki, insanlar bundan çəkinib qayda pozmasınlar. Dəbbə pulunun çox olmaması üçün bizim çalışmamız olacaq. Dəbbə pulunun çox olması ilə bağlı fikrə qatılıram”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi