azia.az
azia.az

Azercell şəhid övladlarıyla yanaşı şəhidlərin həyat yoldaşlarına da təhsil üçün təqaüd ayırdı

19-11-2021, 20:23




Azercell şəhid övladlarıyla yanaşı şəhidlərin həyat yoldaşlarına da təhsil üçün təqaüd ayırdı
Azercell şəhid övladlarıyla yanaşı şəhidlərin həyat yoldaşlarına da təhsil üçün təqaüd ayırdı
Fəaliyyətə başladığı gündən etibarən sosial layihələri ilə seçilən “Azercell Telekom” MMC 44 günlük Vətən müharibəsi dövründə canından keçən və böyük qəhrəmanlıq nümunəsi olan şəhidlərimizin ailələrinə dəstəyini davam etdirir. 10 ildən artıq müddətdir ki, Azercell şirkəti tərəfindən reallaşdırılan “Tələbə Təqaüdü” proqramı çərçivəsində ötən il olduğu kimi bu il də tələbə adını qazanmış şəhid övladlarına təqaüd təqdim olunur. Bununla yanaşı, şəhidlərin ali təhsil ocağına daxil olmuş həyat yoldaşları üçün də təhsil müddətinin sonunadək hər təhsil ayı üçün 300 manat məbləğində təqaüd ayrılıb. Azercell Telekom hər zaman qadınların cəmiyyətdə öz yerini tapmasına, peşəkar kadr kimi yetişməsinə xüsusi qayğı ilə yanaşır və bu təşəbbüslə onların inkişafına bir daha töhfə vermiş oldu.
Qeyd edək ki, siyahılar “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən təqdim olunub.
Xatırladaq ki, ötən il Azercell 44 gün davam edən Vətən Müharibəsi zamanı təhsilini yarımçıq qoyaraq, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş tələbələrin proqram çərçivəsində dəstəklənməsi və nəticədə, Azercell tərəfindən Bakı ilə yanaşı, həm də bölgələrdəki müxtəlif ali təhsil ocaqlarının 23 tələbəsinə 200 manat məbləğində təqaüdün verilməsi qərara alınıb.
Azercell həm 44 günlük müharibə dövründə, həm də sonrakı müddətdə hər kəsə şərəf və ləyaqət nümunəsi olan şəhid və qazi ailələrini diqqət mərkəzində saxlayıb, xüsusi sosial layihələrin təşəbbüskarı və təşkilatçısı kimi çıxış edib. Şirkət tərəfindən şəhid ailəsi himayəyə götürülüb, Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbçilərin faktura borcları ləğv edilib. Böyük amallar uğrunda canını fəda edən hərbçilərimizin övladları üçün “Böyük Ürəklərdə Kiçik Xatirələr” layihəsi çərçivəsində psixoloji dəstək məqsədilə təlimlər təşkil edilib. Həmçinin balacaların öz qəhrəman ataları haqqında xatirələrindən ibarət kitab dərc olunub. Bundan əlavə, Şanlı Azərbaycan ordusuna sonsuz hörmətin təcəssümü kimi Qələbə Günü münasibətilə müharibə veteranı statusuna malik olan bütün vətəndaşlarımızın istifadəsinə “Veteran tarifi” təqdim olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi