Şəmkirdə eşidilən partlayış səsinin səbəbi açıqlandı

Bu gün səhər saatlarında Şəmkir rayonunda partlayış səsləri eşidilib. Rayon sakinləri məlumatsız olduqları üçün narahat olaraq informasiya almaq məqsədilə redaksiyamıza müraciət ediblər.
Azia.az-ın “Qafqazinfo”ya istinadən məlumatın görə, hazırda Seyfəli poliqonunda Azərbaycan Silahlı Qüvvələri tərəfindən təlim keçirilir.
Eyni zamanda, poliqonda işğaldan azad edilmiş ərazilərdən toplanan yararsız hərbi silah-sursat və texnikalar təhlükəsiz şəkildə partladılaraq məhv edilir.
Partlayış səsləri də utilizasiya prosesi ilə bağlıdır.
 Tanınmış yazıçının keçmiş xanımı aldadıldı - Notaris rəisi və qardaşı oğlundan görünməmiş dələduzluq
Tanınmış yazıçının keçmiş xanımı aldadıldı - Notaris rəisi və qardaşı oğlundan görünməmiş dələduzluq
