Qazi adına yaraşmayan hərəkət: Qadına əxlaqsız təkliflər etdi
35 yaşlı Cəlilabad şəhər sakini, ikinci Qarabağ müharibəsinin iştirakçısı olmuş Rizvanlı Toğrul Rizvan oğlu qazi adına yaraşmayan hərəkət edib.
Xəbərə görə, o, əslən bu rayondan olan Bakı sakini, 40 yaşlı Mahmudov Rəşad Qurban oğlunun həyat yoldaşı Mahmudova Gülşən Eldar qızına telefon vasitəsi ilə dəfələrlə əxlaqsız təkliflər edib.
R.Mahmudov məsələni aydınlaşdırmaq üçün həyat yoldaşı ilə birgə Cəlilabada gəlib və T.Rizvanlı ilə görüşüb.
Aralarında yaranan münaqişə zamanı T.Rizvanlı və onun yanında olan şəxslər R.Mahmudovu Uzunboyad kəndinə apararaq orada döyüblər.
İyunun 8-də R.Mahmudov Toğrul və bir neçə naməlum şəxs tərəfindən döyüldüyü barədə Cəlilabad Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.
Elə həmin gün T.Rizvanlı və qardaşı, 38 yaşlı Ramil Rizvanlı şöbəyə gətiriliblər.
Ümumiyyətlə, son günlər qazilərlə bağlı bu və ya digər məsələlər gündəmdədir. Baş verənlər göstərir ki, müharibə iştirakçısı və qazi adından sui-istifadə halları çoxalıb. Hər kəs qanun qarşısında bərabərdir, kimsə hansısa əməl törədibsə, müvafiq qaydada məsuliyyətə cəlb edilir. Əlilliyin təyin olunması məsələsində də kifayət qədər saxta faktlar üzə çıxıb. Məlum olub ki, əvvəlki illərdə bu sahədə qanunsuzluqlara, sui-istifadə hallarına yol verilib. Azərbaycan hökumətinin mövqeyi belədir ki, müavinət həqiqətən də əlilliyi olan şəxslərə verilməlidir. Bu da saxta yollarla sənəd düzəldənlərin narazılığına səbəb olur. Saxta yollarla sənəd düzəldənlər bilməlidirlər ki, qazilərin, o cümlədən əlilliyi olan şəxslərin haqqını mənimsəyirlər. Dövlət qətiyyətli mövqe ortaya qoyub, tez bir zamanda bu məsələlər həllini tapacaq.