azia.az
azia.az

Semyon Peqov yenidən Qarabağa gəldi - Erməni hərbçilərlə görüşdü (FOTOLAR)

12-11-2021, 09:13

Semyon Peqov yenidən Qarabağa gəldi - Erməni hərbçilərlə görüşdü (FOTOLAR)

Vətən Müharibəsi zamanı cəbhədən təxribat xarakterli məlumatlar yayan, ​“WarGonzo”nun jurnalisti Semyon Peqov yenidən Qarabağa gəlib.

Azia.az xəbər verir ki, bu barədə o, Teleqram kanalında məlumat verib. Peqov Ağdam yaxınlığında qanunsuz xidmət aparan erməni hərbi birləşmələrinin üzvləri ilə görüşüb, şəkillər çəkdirib. O, Azərbaycan Ordusunun mövqelərini də lentə alıb.

Qeyd edək ki, məlumata görə, Semyon Peqov sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan ərazilərdə olub.

Xatırladaq ki, müharibə zamanı cəbhədən təxribat xarakterli məlumatlar yayan Semyon Peqovla bağlı Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Baş Prokurorluq tərəfindən qeyd edilən şəxsin vətəndaşı olduğu ölkənin səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğu göndərilib.modern.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi