azia.az
azia.az

Ermənilər Cəbrayılda tarixi abidəni minalayıb - FOTOLAR

9-11-2021, 15:00

Ermənilər Cəbrayılda tarixi abidəni minalayıb - FOTOLAR
Ermənilər Cəbrayıl rayonunun Dağ Tumas kəndində yerləşən, XIII-XIV əsrlərə aid edilən "Başıkəsik günbəz”in ətrafını minalayıb.

Xəbər verilir ki, 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələrinin nəzarətinə keçən kənd Vətən müharibəsi dönəmində ermənilərin müşahidə postuna çevrilib. Ermənilər kəndi tərk edərkən tarixi abidənin ətrafını minalayıb.

Altı əsrdən çox yaşı olan günbəz inşa olunduğu illərdə tikintisi yarımçıq qaldığına və üstü açıq olduğuna görə "Başıkəsik günbəz” adlanıb. Abidənin hündürlüyü 12 metrə, diametri 5 metrə çatır. İşğaldan qabaq günbəz bərpa edilsə də, erməni silahlı qüvvələri tərəfindən divarları və ətrafı dağıdılıb.

Qeyd edək ki, 1993-cü ildə işğal edilən Dağ Tumas kəndi 2020-ci il oktyabrın 23-də azad olunub.
Ermənilər Cəbrayılda tarixi abidəni minalayıb - FOTOLAR
Ermənilər Cəbrayılda tarixi abidəni minalayıb - FOTOLAR
Ermənilər Cəbrayılda tarixi abidəni minalayıb - FOTOLAR
Ermənilər Cəbrayılda tarixi abidəni minalayıb - FOTOLAR
Ermənilər Cəbrayılda tarixi abidəni minalayıb - FOTOLAR


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi