azia.az
azia.az

Şuşa yaxınlığında atışma: 1 erməni öldü, 3-ü yaralandı

9-11-2021, 14:39

Ermənistan rəsmi qurumları və mediası iki gündür Şuşa yaxınlığında Azərbaycan əsgərlərinin açdığı atəşdən ardıcıl olaraq yazmağa davam edirlər.
Şuşa yaxınlığında atışma: 1 erməni öldü, 3-ü yaralandı
Azia.az xəbər verir ki, bu gün “təfərrüat” ortaya çıxıb.

Ermənistan İstintaq Komitəsi “müəyyən” edib ki, ötən gün saat 15:00-da Şuşa yaxınlığında, Şuşa-Laçın yolu istiqamətinə “hələlik adı bəlli olmayan” bir Azərbaycan əsgəri yaxınlaşıb və “yerli sakinləri” qorxutmaq məqsədi ilə atış açıb. Nəticədə boru kəmərinin “təmiri ilə məşğul olan” şəxslərdən ölən və yaralanan olub.

Ölən – 1998-ci il təvəllüdlü, Xankəndi sakini Martik Yeremyandır. Başından güllə yarası alıb və dərhal keçinib. Gevorq Melkumyan, Qafik Kazaryan və Armen Sarkisyan isə yaralanıb.

Ermənistan rəsmi qurumlarının bu qədər əbləh yalanı heyrət doğurmaya bilmir.

Əvvəla, 8 noyabrda Azərbaycan Zəfər Gününü qeyd edirdi, ərazidə isə təhlükəsizlik tədbirləri əlbəttə ki, gücləndirilmişdi. Həmin ərəfədə Prezident İlham Əliyev də Şuşaya səfər etmişdi.

Bu məqamda Azərbaycan əsgərinin “dinc sakinə” atəş açmasını iddia etmək üçün mütləq erməni olmaq lazımdır.

İkincisi, Azərbaycanın Zəfər Günü ərəfəsində Şuşa yaxınlığında hansı “boru kəməri” təmir olunurdu? O kəmərdən nə keçir ki, məhz 8 noyabrda onun təmiri qaçılmaz olub? Neft kəməridir, yoxsa qaz? Niyə hansı “boru kəməri” olduğu açıqlanmır?

Bu “boru kəməri”ni təmir etmək üçün 23 yaşlı Xankəndi sakini Şuşa yaxınlığına gələsi olur? Daha təcrübəli “turbadüzəldən” yox idi?

Üçüncüsü, bu şəxslərin Azərbaycanın Zəfər Gününü qeyd etdiyi bir vaxtda Şuşa yaxınlığında nə ölümü vardı? Onlar nəyə nail olmaq istəyirdilər?

Dördüncüsü, Azərbaycan əsgəri başı xarabdır ki, tək, hərbi birlikdən ayrıla, o istiqamətdə gedə və erməni “dinc sakinlərə” güllə ata? Şuşa və ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bir vaxtda Azərbaycan əsgəri təkbaşına hara gedirmiş?

Beşincisi, siz hardan bildiniz ki, Azərbaycanın “kefnəqulu” əsgəri məhz dinc sakinləri qorxutmaq, onlar arasında panika yaymaq üçün o istiqamətdə atəş açıb? Azərbaycan əsgərinin “hələ istintaqla müəyyən edilməmiş əsgəri” – guya müəyyən də edə bilərlər o əsgərin kimliyini – istintaqa ifadə verib, ya rəsmi açıqlama yayıb ki, orda boru düzəldən mülki geyimli şəxsləri qorxutmaq istəyib? Hansı hüquq-əsasla bu versiyanı rəsmi şəkildə səsləndirmək olar?

Altıncısı, Azərbaycan əsgərinin “o istiqamətdə açdığı atəş” nəticəsində güllə Xankəndinin 23 yaşlı sakininin düz alnının ortasına dəyib? Yaxşı fikirləşin, o atəş doğrudan “səpələnirdisə”, xankəndili gedə gözünü hara zilləyib baxırmış ki, alnından güllələnib? Ya Azərbaycan əsgərinin açdığı “qorxutma atəşi” bu qədərmi dəqiqdir?

Yeddinci, Azərbaycanının, Azərbaycan Ordusununun, Azərbaycan Xalqının səbri ilə bu qədər oynamaq olmaz. “Artsaxın sərhədinə yaxınlaşan Azərbaycan əsgəri” ifadəsi Ermənistan rəhbərliyinin 10 noyabr bəyanatının ildönümündə növbəti həyasızlığı, növbəti təxribatıdır və bu söz, ifadə Azərbaycan Ordusunun anti-terror əməliyyatının vaxtını bir az da tezləşdirir. Vaxtilə 12,5 min kv km ərazimizdə qondarma, terrorçu bir qurum yaratmış ermənilər indi də Şuşa yaxınlığından “sərhəd” çəkməyə çalışırlar. Azərbaycan torpağında, ərazisində “sərhəd çəkməyin” nə demək olduğunu 44 gündə ermənilər çox yaxşı başa düşdü və bütün dünyaya yalvarıb, rəzil şəkildə kapitulyasiyaya imza atdılar. Ancaq bir il keçməmiş yenidən iddialar başlayıb.

Qarabağın rus sülhməramlıların nəzarət etdiyi hissəsinə 7 noyabrda Ermənistan müdafiə naziri Arşak Karapetyanın “səfərə” gəlməsi də, Zəfər Günümüzdə Şuşa-Laçın yolunda 5-6 “mülki şəxsin” “turba təmir etməsi” də təxribatdır. Bu təxribatların cavabı təqdim edilən kimi kimi, bir əsgərin Laçın yoluna doğru gedib, güllə səpələməsi nəticəsində Xankəndi sakininin düz alnının ortasından güllə yarası alması deyil.Bunun cavabı qarşıdadır – bu gün Azərbaycan Müdafiə Nazirliyi artıq xəbərdarlıq edib./axar.az/


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi