Baş redaktor bələdiyyə sədrini məhkəməyə verdi-SƏBƏB
Bir neçə gün öncə agentliyimizdə Daşkəsən rayon Çanaqçı kənd Bələdiyyəsinin sədri Eyvaz Vəliyevin jurnalisti təhqir etdiyi barəsində məlumat yayımlamışdıq.
Azia.az: Bələdiyyə sədrinin təhqir etdiyi "DogruXeber.az" iformasiya portalının baş redaktoru Kamal Əsgərov artıq Eyvaz Vəliyev barəsində Ədliyyə Nazirliyinə, eyni Zamanda Daşkəsən rayon məhkəməsinə müraciət edib.
Yaxın günlərdə məhkəmənin keçiriləcəyi gözlənilir.
Ümid edirik ki, məhkəmə prosesi şəffaf keçiriləcək və vəzifə səlahiyyətlərindən sui-istifadə edən, əxlaq normalarına zidd davranışlar sərgiləyən, həmçinin idarə etdiyi quruma layiq olmayan bələdiyyə sədri Eyvaz Vəliyevin barəsində ədalətli qərar qəbul ediləcəkdir.