azia.az
azia.az

97 ağacın məhvinə görə 582.000 manat cərimə Dövlətdən oğurlanıb?

30-10-2021, 12:57


Ulu Öndər Heydər Əliyev: “Ağac kəsənlər hesab edin ki, mənim balalarımın başını kəsiblər…”
97 ağacın məhvinə görə 582.000 manat cərimə Dövlətdən oğurlanıb?

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 5 sentyabr 2012-ci ildə Nazirliyin rəsmi saytında belə bir xəbər dərc edilmişdi:

Araşdırma zamanı Saatlı rayon Suvarma Sistemləri İdarəsi tərəfindən Hüsü Hacıyev adına Bəhramtəpə-Sabirabad su kanalının Saatlı rayonunun Bəylik, Mustafabəyli və Qıraqlı kəndləri ərazisindən keçən hissəsinin 4 kilometr sahəsində təmizləmə işlərinin aparıldığı, lakin təmizləmə işlərinin aparılmasına dairq anunvericiliyə uyğun qaydada tələb olunan layihə sənədlərinin və dövlət ekoloji ekspertiza rəyinin olmadığı müəyyən edilmişdir.

Nazirliyin əməkdaşlarının əraziyə keçirdikləri baxış zamanı kanalın qeyri-qanuni təmizlənməsi nəticəsində 97 ədəd müxtəlif cinsli və diametli ağac və kolların çıxarılaraq məhv edildiyi aşkar edilmişdir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 19 sentyabr tarixli 173 nömrəli “Azərbayca Respublikasının meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması Qaydaları haqqında” Qərarının tələbini pozduğuna və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
92.3.3-cü maddəsinə əsasən inzibati xəta törətdiyinə görə Saatlı rayon Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayev qanunvericiliyə uyğun olaraq inzibati qaydada 582000 manat məbləğində cərimə olunmuşdur.

Mənbə: http://eco.gov.az/az/nazirlik/xeber?newsID=5975

Saatlı Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayevin cərimə olunması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rəsmi olaraq məlumat verilsə də, bu cərimənin ödənilib ödənilməməsi ilə bağlı heç bir rəsmi məlumat yoxdur.

Bu fakt üzrə idarə rəisi Tahir Rzayev barəsində cinayət işi açılmışdırmı?

Ulu Öndər Heydər Əliyevin ağac kəsənlərə necə sərt xəbərdarlıq etməsini heç kim unutmayıb
və hər kəs Qanun qarşısında bərabərdirsə deməli ki, vəzifəli şəxs olaraq Tahir Rzayevə bu faktla bağlı cinayət işi açılmalı və bu cəriməni ödəməli idi.

Əgər bu günə kimi cərimə ödənilməyibsə, bunun səbəbi nədir?

Əslində Ulu Öndər Heydər Əliyevin sərt xəbərdarlıqlarına rəğmən 97 ağacın məhv
olmasına səbəb olan idarə rəisi Tahir Rzayevin 65 yaşı olsa da bu günə kimi hələdə
vəzifədədir. Maraqlıdır Tahir Rzayevi müdafiə edən kimlərdir?

Prezident İlham Əliyev ağacların qanunsuz olaraq kəsilməsinin yolverilməz olduğunu və bu qanunsuzluqlara qarşı daim ciddi tədbirlər görülməsinin, belə hallara yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyini dəfələrlə öz çıxışlarında vurğulayıb.

Mənbə: https://president.az/articles/23360

Maraqlıdır ki, Ulu Öndər Heydər Əliyevin zamanında sərt xəbərdarlıqlarına və Cənab Prezident İlham Əliyevin tapşırıqlarına məhəl qoymadan 97 ağacı məhv edən Tahir Rzayev barəsində niyə ciddi tədbirlər görülmədi və məsuliyyətə cəlb olunmadı? Hələ bütün bunlar azmış kimi idarə rəisi qocalsa da bu günə kimi öz vəzifəsini icra etməkdə davam edir.

Burada günahkar tək Tahir Rzayev deyil, həmçinin onun bu hərəkətlərinə göz yuman və onu müdafiə edən şəxslər də ən azı onun qədər günahkardır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tam əsaslı formada Tahir Rzayevi cərimə edib və bu cərimə bir halda ödənilməyə bilərdi ki, Tahir Rzayev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təyin etdiyi bu cərimədən Məhkəməyə iddia ərizəsi ilə
müraciət etsin. Lakin belə bir iddia ərizəsini də heç bir Məhkəmə qəbul edib cəriməni ləğv edə bilməzdir, çünkü ortada faktlar var.

Bütün bu hallarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən və Saatlı Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayevdən açıqlama gözləyirik.

KanalS.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi