MEK-in beynəlxalq əlaqələri Moldova mətbuatında
Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası ilə Moldova Respublikasının “A. Lupan” Elmi Kitabxanası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Ölkəmizin Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qudsi Osmanovun dəstəyi, Mərkəzi Elmi Kitabxananın baş direktoru, professor Məmməd Əliyevin təşəbbüsü ilə beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu müsbət addım Moldova mətbuatında işıqlandırılıb. Moldovanın NOİ.md, БлокнотМолдоваsaytları rus və moldov dillərində bu barədə ətraflı məlumat yayıb.
İnanırıq ki, bu müqavilə hər iki kitabxananın bir-biri ilə fəal əməkdaşlığını yüksələn xəttlə inkişaf etdirəcək.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]