azia.az
azia.az

Azərbaycanda zəlzələ olub - YENİLƏNİB

29-09-2021, 08:07

Azərbaycanda zəlzələ qeydə alınıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 22:48-də Zaqatala rayonunda qeydə alınıb.
Azərbaycanda zəlzələ olub - YENİLƏNİB
Zəlzələ 3,1 maqnitudada baş verib.

Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, yeraltı təkanlar təxminən saat 22-55 radələrində Zaqatala və Qax rayonunun kəndlərində hiss olunub. İlkin məlumata görə, zəlzələ təxminən 3,5-4 bal gücündə baş verib.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, ölkə ərazisində son zəlzələ avqustun 18-də Zaqatalada 2,8 maqnitudada qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi