azia.az
azia.az

30 yaşdan sonra bunları yemək olmaz

27-09-2021, 08:06

Köşə yazarı Dana Li Smit hesab edir ki, 30 yaşdan sonra aromatizatorlar və qatqı maddələri əlavə edilmiş yoqurt yemək qəti olmaz.
30 yaşdan sonra bunları yemək olmaz
Azia.az xəbər verir ki, tortlar, kekslərə də bu siyahıya aiddir. O, xırtıldayan ətləri, soya və pendir souslarını, sosiskaları, cipsiləri, marqarin yağını, donuz əti, simit və ağ çörəyi, buzlu qəhvə və kofeinli dondurmanı, vegetarian burgerlərini, konservləşdirilmiş meyvələri və pestisidləri olan qidaları rasiondan tamamilə çıxarmağı məsləhət görüb.

"Qazlı su xərçəngə səbəb ola biləcək boyalar ehtiva edir və rasionda əsas şəkər mənbəyi hesab olunur", - məqalənin müəllifi qeyd edib.

Məşhur qidalanma mütəxəssisi spirtli kokteyllərdən və pivədən imtina etməyi də tövsiyə edir: onlar yuxusuzluğa səbəb ola bilər ki, bu da ertəsi gün iştahanın artmasına gətirəcək. Əlavə edib ki, spirt qəbulu zamanla dərinin elastikliyini və qırışlarını itirməsi ilə nəticələnir. Smit qeyd edib ki, bu qidaları rasiondan çıxarmaq insanın gözəl yaşlanmasına və yaxşı formada qalmasına imkan verəcək. (publika.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi