Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın
Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar.
Xəbər verilir ki,bu barədə rusiyalı diyetoloq İrina Pisareva və Rusiya Milli Qidalanma və Diyetoloqlar Birliyinin üzvü Natalya Kruqlova danışıb.
"Balqabaq, cəfəri və şirin kartofdan şorbalar hazırlayın. Belə yeməklər həm maddələr mübadiləsini yaxşılaşdıracaq, həm də bədəni isidəcək. Gündəlik menyuya daha çox soğan və sarımsaq əlavə edin. Mövsümi tərəvəzlər, göbələk, balqabaq, çuğundur, kələm bədənə lazım olan vitamin və mineralları verəcək. Çiyələk və moruq o qədər də faydalı deyil, onları mövsümündə yeyin", - İ.Pisareva bildirib.
Natalya Kruqlova isə qeyd edib ki, balqabaq tərkibli yeməklər yoluxucu xəstəliklərin qarşısını ala bilir. Bu bitki A vitamini və beta-karotin mənbəyidir.
"Bu mövsümdə alma, şaftalı, ərik daha çox vitamin və mineral ehtiva edir. Əgər tərəvəzdən danışırıqsa, pomidor, xiyar, bolqar bibərinin tərkibində immun sisteminin normal işləməsi üçün lazım olan C vitamini, karboksilik turşusu var. Bunlar da yoluxucu xəstəliklərin qarşısını almaqda effektivdir. Mövsüm tərəvəz və meyvələri həm də ona görə faydalıdır ki, lazım olan antioksidantlar və liflər ehtiva edir", - ekspert əlavə edib.
Mütəxəssis hesab edir ki, payız-qış ayalarında hava şəraitinin pisləşməsi səbəbindən kökəlmə riski var. Belə ki, əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün insanlar payızda daha çox şirin yeməklərə, çörək məhsullarına üstünlük verməyə başlayırlar. Kruqlova xəbərdarlıq edir ki, bu cür ehtiyaclar səbəbindən rasiona daha şirin, lakin təbii qidalar daxil etmək yaxşıdır:
"Zəncəfil, sarımsaq və darçın antioksidantlar və fitonutrientlər ehtiva edir. Zəncəfil və sarımsağın antimikrobial təsiri var, amma hər hansı xəstəliyin müalicəsindən danışırıqsa, burada onun əhəmiyyəti azdır". publika.az